Azərbaycan neftinin qiyməti ucuzlaşıb. YeniAvropa xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,88 dollar ucuzlaşaraq 69,97 dollar təşkil edib.
Xatırladaq ki, yanvarın 12-də Azərbaycan neftinin bir barreli 71,84 dollara satılıb və bu, 2014-cü il dekabrın 4-dən indiyədək maksimum qiymət göstəricisi olub.