logo

Berlində keçirilən Beynəlxalq Yaşıl Həftə Sərgisində Azərbaycan təmsil olunur

23:58 19-01-2018 | icon 2401
Berlində keçirilən Beynəlxalq Yaşıl Həftə Sərgisində Azərbaycan təmsil olunur

19 yanvar 2018-ci il tarixində Berlin şəhərində kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik əsasda keçirilən Beynəlxalq Yaşıl Həftə öz işinə başlayıb. YeniAvropa xəbər verir  ki, sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunur və orada 14 şirkətimizin məhsulları nümayiş olunur. 

Həmin gün Beynəlxalq Yaşıl Həftə sərgisinin və eyni zamanda milli stendimizin açılışı olub. Tədbirdə və ona paralel olaraq keçirilən 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar və bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri baş çəkiblər. Sərgidə və milli stendimizin açılışında Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.