logo

SOCAR 2017-ci ili mənfəətlə başa vurub

22:09 19-01-2018 | icon 2702
SOCAR 2017-ci ili mənfəətlə başa vurub

SOCAR 2017-ci il ərzində dövlət büdcəsinə 1 milyard 511 milyon 33 min manat vəsait  ödəyib.  YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 115 milyon 577 min manat, yəni 8,3% artıb. Bundan əlavə, SOCAR 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 155 milyon 984 min manat vəsait ödəyib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8% artım təşkil edib.
Məlumatda daha sonra  qeyd edilir ki, bir neçə il əvvəl müəyyən edilmiş strateji inkişaf strategiyasının əsasında SOCAR neft-kimya və neft-qaz emalı sənayesində fəaliyyətlərini genişləndirərək, öz gəlir mənbələrinin balanslaşdırılması istiqamətində mühüm addımlar atıb. Son illərdə xam neftin qiymətinin kəskin düşməsi fonunda, neft-kimya məhsullarının daha az dəyişkənliyə məruz qalması şirkətin gəlirlərinə müsbət təsir göstərib. Nəticədə SOCAR dünya enerji sənayesində baş vermiş böhranın təsirlərinə tab gətirərək, 2016 və 2017-ci illəri mənfəətlə başa vurmağa nail olub.