Ötən il gömrük qaydalarının pozulması ilə bağlı 8819 fakt qeydə alınıb. YeniAvropa xəbər verir ki, bu barədə yanvarın 19-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu faktlardan 700-dən çoxu cinayət faktıdır və bu faktların 350-dən çoxu istintaq idarələrinə və oradan da məhkəmələrə göndərilib.
Həmçinin A.Əliyev qeyd edib ki, gömrük nəzarətinə bəyan edilməyən 1 milyon 600 min ABŞ dolları, 22 milyon rus rublu, 50 mindən çox avro və 1 milyon 200 min manat dəyərində qızıl-zinət əşyaları müsadirə edilib.