logo

Aydın Əliyev Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsindən danışdı

12:30 19-01-2018 | icon 2737
Aydın Əliyev Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsindən danışdı

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev rəhbəri olduğu qurumun Vergilər Nazirliyi ilə birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. YeniAvropa xəbər verir  ki, o, bu gün 2017-ci ilin yekunlarına dair hesabat konfransında media nümayəndələrinin suallarını cavablandırankən qeyd edib ki, Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi müstəqil ekspertlərin öz fikridir: "Dünyada digər qurumlarla birləşik fəaliyyət göstərən gömrük xidmətləri var. Azərbaycanda isə müstəqil fəaliyyət göstərir. Buna hökümət özü müəyyənləşdirib qərar verməlidir. Biz dövlətin əsgəriyik, necə məsləhət olsa, elə də işləyəcəyik".

Daha sonra Aydın Əliyev əlavə edib ki, elə ölkələr var ki, gömrük xidməti orada Maliyyə Nazirliyinin bazasında, bəzi ölkələrdə Sərhəd Xidməti ilə birgə, elə ölkələr də varki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.