Gömrükdə hələ də problemlər var-Aydın Əliyev
2017-ci ili Dövlət Gömrük Komitəsi(DGK) uğurla başa vurdu. Lakin az da olsa, istər işimiz, istərsə də iş adamlarlı ilə bağlı problemlərlə qarşılaşdıq. YeniAvropa xəbər verir ki, bu sözləri DGK-nın sədri Aydın Əliyev "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.A.Əliyev bildirib ki, dünyada iqtisadi böhran müəyyən qədər səngiyib, Azərbaycan iqtisadiyyatı isə ötən il ərzində inkişaf edib.
“Ötən il ticarət dövriyyəsi 22 milyard manatdan çox olub.13 milyardı ixrac, 8 milyarddan çox idxal əməliyyatı həyata keçirilib. Valyuta axını ilə ötən ildən fərqli olaraq 291 milyon dollar olub. İdxalın artımı investisiyanın qoyuluşu ilə bağlı ölkə prezidenti tərəfindən verilən qərarlarla birbaşa əlaqədardır. Bu səbəbdən ötən il tikinti və digər məhsullar idxal edilib. Ötən il Gömrük Komitəsinin büdcə proqnozu 16 faiz artımla yerinə yetirilib”.
A.Əliyev bildirib ki, ötən il gömrük qaydalarının pozulması ilə 8819 fakt aşkarlanıb.
“İl ərzində 2770 kq narkotik vasitə dövriyyədən götürülüb. 1 milyard 600 min ABŞ dollarının ölkədən qanunsuz çıxarılması faktı aşkarlanıb. Həmçinin 1 milyon 200 min manatdan artıq qızıl və digər zinət əşyalarının qanunsuz şəkildə ölkədən çıxarılması aşkar edilib”.
A.Əliyevin sözlərin görə Gömrük Komitəsindən olan şikayətlərin sayında ildən-ilə azalma qeydə alınır:
“2015-ci ildə 2500-dən artıq şikayət daxil olubsa, ötən il bu rəqəm 700 olub. Şikayətlərin 95 faizdən çoxu fiziki şəxslər tərəfindən aksizli malların gömrükdən keçirilməsi ilə bağlıdır ki, qanunvericilik çərçivəsində tədbir görülüb. Onu da qeyd edim ki, qanunları pozan gömrük əməkdaşlarına qarşı da sərt tədbirlər görülüb. Ötən il 334 nəfər gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. 10 nəfər vəzifə səlahiyyətlərinsən sui-istifadə etdiyinə görə prokurorluq orqanlarına təqdim edilib, 7 nəfər isə gömrük idarəsi tərəfindən istintaqa cəlb edilib”.
A.Əliyev bir sıra gömrük əməliyyatlarının ASAN xidmət vasitəsilə həyata keçirilməsinin əhəmiyyətindəın danışıb:
“Artıq ASAN xidmət vasitəsilə 14 gömrük əməliyyatları həyata keçirilir”.
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb