logo

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

09:48 19-01-2018 | icon 2471
Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. YeniAvropa xəbər verir  ki,  “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar ucuzlaşaraq 70,85 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,70 dollar ucuzlaşaraq 68,61 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,78 dollar azalaraq 63,17 dollar təşkil edib.