Masallı rayonunun Boradigah qəsəbəsində ümumi sahəsi 424 kvadratmetr olan ikimərtəbəli on otaqlı evin ikinci mərtəbəsində altı otaq və dam örtüyü 212 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, evin qalan hissəsi yanğından mühafizə olub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.