logo

İpoteka krediti verən müvəkkil bankların sayı 23-ə çatıb

23:38 18-01-2018 | icon 2366
İpoteka krediti verən müvəkkil bankların sayı 23-ə çatıb

İpoteka krediti verən müvəkkil bankların sayı 23-ə çatıb.Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindən YeniAvropa-ya  verilən məlumatda qeyd olunur ki,  ötən dövrdə fond tərəfindən daha 5 bank, 1 sığorta şirkəti və 6 qiymətləndirici şirkət qurumun müvəkkil təşkilatları siyahısına əlavə edilib. İpoteka krediti verən müvəkkil bankların sayı 23-ə ("Caspian Development Bank" ASC "Atabank" ASC-yə qoşulub, "Dəmirbank" ASC-nin bank lisenziyası ləğv edilib), sığorta şirkətlərinin sayı 17-yə, qiymətləndirici şirkətlərin sayı isə 14-ə çatdırılıb.