Lənkəranda gənc qız itkin düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə qızın anası, Lənkəran şəhər sakini Gülbəniz Bayramova yerli polis şöbəsinə məlumat verib. O, polisə müraciəində bildirib ki, qızı, 2001-ci il təvəllüdlü Ağayeva Tahirə Şaiq qızı fevralın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.