logo

Vergilər Nazirliyində yeni departament

20:31 18-01-2018 | icon 2562
Vergilər Nazirliyində yeni departament

Vergilər Nazirliyində struktur islahatları davam edir.

YeniAvropa xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə nazirlikdə İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamenti yaradılıb.

Yeni departamentə Ülvi Mansurov baş direktor təyin edilib.

Qeyd edək ki, Ü.Mansurov bundan öncə “Azərpoçt” MMC-nin baş direktoru, daha əvvəl isə “Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyəti sədrinin müavini olub.

Xatırladaq ki, Ü.Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.(APA)