Gəncə şəhərində piyadanı avtomobil vurub.
YeniAvropa xəbər verir ki, şəhər sakini, 1970-ci il təvəllüdlü Səfurə Bahadur qızı Atakişiyevanı yolu keçmək istəyərkən onu avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.