Davosdakı Dünya İqtisadi Forumuna 70 ölkənin dövlət başçısı və baş naziri qatılacaq
Yanvarın 23-26-da Davosda keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) 70 ölkənin dövlət başçısı və baş naziri iştirak edəcək.YeniAvropa forumun saytına istinadla xəbər verir ki, “Parçalanan dünyada birgə gələcək yaratmaq” mövzusuna həsr edilən builki Dünya İqtisadi Forumunda 340 yüksək səviyyəli şəxs iştirak edəcək. Forumda 110 ölkədən təxminən 3 min iştirakçı müxtəlif mövzular üzrə müzakirələr aparacaq.
Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab deyib: “Dünyamız ölkələr arasında artan rəqabət səbəbi ilə parçalanmış vəziyyətdədir. Ölkələr arasındakı ortaq maraqlarla bu vəziyyətdən çıxış yolu tapa bilərik”.
Davosdakı yığıncaqlarda ölkələr arasındakı ortaq problemlərlə mübarizədə beynəlxalq iş birliyini canlandırmaq mövzusuna əsas diqqətin yönələcəyi bildirilib. Forumda, həmçinin Suriya böhranı ilə bağlı yığıncaq təşkil ediləcək və həmin iclasa BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura sədrlik edəcək. İsrail-Fələstin böhranı da forumda müzakirə ediləcək.
Forumun açılışını Hindistanın baş naziri Narendra Modi, yekun çıxışı isə ABŞ Prezidenti Donald Tramp edəcək.
WEF çərçivəsində dövlət başçılarının ikitərəfli danışıqlar aparması da gözlənilir. Dörd gün davam edəcək forumda təhlükəsizliyi təmin etmək üçün təxminən 10 milyon dollar sərf ediləcəyi nəzərdə tutulur.
Yığıncağa dövlət başçıları ilə yanaşı BMT-nin baş katibi Antonio Quterreş, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Roberto Azevedo, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard, Dünya Bankının rəhbəri Jim Yong Kim, Beynəlxalq Enerji Agentliyinin (IEA) icra direktoru Fatih Birol, BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Svinq və Beynəlxalq Əmək Təşkilatı (BƏT) baş direktoru Qay Rayder də qatılacaq.
Xatırladaq ki, Forumda Azərbaycan prezidentinin də iştirak edəcəyi təsdiqlənib.
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb