2017-cı ilin yanvar-dekabr ayında dəmir yolu nəqliyyatı ilə14,4 milyon ton yük, 2,4 milyon sərnişin daşınıb. YeniAvropa Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu, 2016-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 7 faiz azalma, sərnişin daşınmasında isə 23,8 faiz artım deməkdir. Məlumatda həmçinin qeyd olunur ki, orta hesabla sutkada 350 vaqon yüklənib, 422 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 13,4 min ton, qərb istiqaməti üzrə 5,2 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.