Ötən il Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon dollar olub
Ötən il Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları olub. 2016-cı illə müqayisədə ötən il qeyri-neft sektoru üzrə ixrac 24 faiz artıb.YeniAvropa xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
2017-ci ildə "Azexport" portalına 74 ölkədən 475 milyon dollar dəyərində ixrac sifarişi daxil olub. Portala ötən ilin dekabrında daxil olan ixrac sifarişlərinin dəyəri 30,4 milyon dollar təşkil edib.