Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. YeniAvropa xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar ucuzlaşaraq 70,93 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar ucuzlaşaraq 69,36 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar bahalaşaraq 64,05 dollar təşkil edib.