Qubada ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli beşotaqlı evdə yanğın baş verib.
YeniAvropa xəbər verir ki, ötən gecə saatlarında baş verən hadisə nəticəsində evin dörd otağındakı əşyalar yanıb.
Alov Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.