logo

EURO-2024: Final oyunu fransalı referiyə tapşırılıb

16:56 11-07-2024 | icon 1288
EURO-2024: Final oyunu fransalı referiyə tapşırılıb

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının final oyununa hakim təyinatları açıqlanıb.

YeniAvropa UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniya və İngiltərə yığmaları arasında keçiriləcək həlledici görüşü fransalı Fransua Leteksye idarə edəcək. Ona həmyerliləri Siril Muqnye və Mehdi Rahmoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını polşalı Şimon Marçinyak yerinə yetirəcək.

VAR hakimi Jerom Brisar (Fransa), köməkçiləri isə Villi Delajo (Fransa) və Massimiliano İrrati (İtaliya) olacaq.

Qeyd edək ki, iyulun 14-də keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.