logo

Sumqayıtda bir gün su olmayacaq

12:12 26-10-2024 | icon 441
Sumqayıtda bir gün su olmayacaq

Bazar ertəsi Sumqayıt şəhərində suyun verilişində fasilə yaranacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d450mm-lik su kəmərində təmir bərpa işləri ilə əlaqədar olaraq oktyabrın 28-də səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi, Qızıl qum, Köhnə Corat qəsəbələrinin bir hissəsi, Bağlar ərazisi və 9-cu mikrorayon ev 72, 73, 74, 75 ünvanlarında suyun dayandırılması nəzərdə tutulub