logo

Nərimanov rayon Prokurorluğunda “Açıq qapı günü” təşkil edilib

12:52 25-10-2024 | icon 476
Nərimanov rayon Prokurorluğunda “Açıq qapı günü” təşkil edilib

Oktyabrın 25-də Nərimanov rayon Prokurorluğunda “növbəti “Açıq qapı günü” təşkil edilib.

YeniAvropa xəbər verir ki, Nərimanov rayon Prokurorluğunun yeni binasında keçirilən tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək olub.

Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə Azərbaycan Prokurorluğunda müvafiq olaraq həyata keçirilən hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verilib.

Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov, Baş Prokurorluğun əməkdaşı Kənan Zeynalov və digərləri qurumun fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı danışıblar.

İştirakçılar bina, eləcə də kriminalistik texnika ilə əyani olaraq tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.