logo

“Qaradağ” GES-də iindiyədək 459 milyon kVt elektrik enerjisi istehsal olunub

10:10 26-10-2024 | icon 357
“Qaradağ” GES-də iindiyədək 459 milyon kVt elektrik enerjisi istehsal olunub

“Qaradağ” Günəş Elektrik Stansiyasında(GES) istismara verildiyi tarixdən bu günədək 458,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, 2023-cü il oktyabrın 26-da rəsmi açılış mərasimi olan stansiya ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və stansiyada yaşıl enerji istehsal edilməklə atmosferə istixana effekti yaradan qazların atılmasının qarşısı alınır.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa edilən stansiyanın ümumi gücü 230 meqavatdır. Ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 meqavat artıb ki, burada da “Qaradağ” GES-in xüsusi payı var.