logo

İranın hava məkanının bağlanması səbəbindən bəzi təyyarələr Bakıya enib

12:32 26-10-2024 | icon 462
İranın hava məkanının bağlanması səbəbindən bəzi təyyarələr Bakıya enib

İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilib ki, hava limanına uğurla eniş edənlər sırasında “Jazeera Airways” aviadaşıyıcısının Moskva (DME) – Küveyt reysi, “Fly Dubai”ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də “Air Arabia” aviaşirkətinin Moskva – Şarja reysləri yer alır.

Qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün müvafiq resursları səfərbər edərək eniş etmiş reyslərə operativ və yüksək səviyyəli xidmət göstərir.