logo

12 ölkədən olan səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb

09:59 26-10-2024 | icon 441
12 ölkədən olan səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb

Oktyabrın 26-dan Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, səyyahların ilk dayanacağı Qarabağın hava qapısı olan - Füzulidəki beynəlxalq hava limanı olub. Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçi klubları 2020-2024-cü illərdə Qarabağa və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-ci səfərdir.