Bakının iki mərkəzi hissəsinə avtomobillərin girişi qadağan edilir
Azərbaycan paytaxtının görkəmini formalaşdıran tarixi görməli yerlərin cəmləşdiyi guşədə xüsusi layihə həyata keçirilir. Belə ki, Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi – İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) YeniAvropa-ya bildirilib ki, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilən layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur. İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişə Neftçilər prospektindən icazə veriləcək.
Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.
Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.
İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.
Şəhərin bu hissəsində son zamanlar yaşanan acınacaqlı vəziyyət ictimaiyyət arasında və mediada dəfələrlə müzakirə mövzusuna çevrilib.
Şəhər sakinləri və qonaqların hərəkətinin rahatlığını təmin etmək məqsədi daşıyan Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində bütün aidiyyəti qurumların mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, uzun müddət hərəkətin intensivliyinin monitorinqini aparıb və xüsusi proqram təminatı üzərindən simulyasiyalar həyata keçirilib.
Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması avtomobillərin sayını, səs-küyü və tullantıları azaltmaqla İçərişəhər sakinləri və qonaqların rahatlığı və təhlükəsizliyinə xidmət edir.
Dünyanın böyük şəhərlərinin təcrübəsi nəzərə alınmaqla hazırlanan layihə, digər amillərlə yanaşı, paytaxtın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir incisinin qorunub saxlanmasına töhfə verəcək, buradakı infrastrukturun tez aşınmasının qarşısını alacaq.
Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının bu məkana daha rahat çatmasına imkan verəcək.
Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərini İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq.
Bununla da şəhərin mərkəzi hissəsində nəhəng piyada zonası yaranacaq. Xatırladaq ki, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağı ətrafında həyata keçirilib. Bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması prosesi metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir.
Məzahir Pənahov Özbəkistanda parlament seçkilərini izləyəcək
Sabah Bakıda yağış yağacaq, 15° isti olacaq
Nazir və komitə sədrlərinin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Bakıda TDT Sənaye, Elm, Texnologiya və İnnovasiyalar nazirlərinin toplantısı keçiriləcək
İranın hava məkanının bağlanması səbəbindən bəzi təyyarələr Bakıya enib
Sumqayıtda bir gün su olmayacaq
"COP29"a hazırlıq:Bu gecə paytaxtda bəzi yollar bağlanacaq
MSK-nın istənilən nəticəsini qəbul edəcəyik-Gürcüstanın baş naziri
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı piyadalara müraciət edib
“Qaradağ” GES-də iindiyədək 459 milyon kVt elektrik enerjisi istehsal olunub
12 ölkədən olan səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb
Azərbaycan nefti 76,63 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
İsrail İranın hərbi obyektlərinə zərbələr endirib
Gürcüstanda parlament seçkiləri keçirilir
Sabah ölkə ərazisində leysan, dolu və qar yağacaq
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Nərimanov rayon Prokurorluğunda “Açıq qapı günü” təşkil edilib
Azərbaycan Dünya Bankı ilə "COP29"da görüləcək işləri müzakirə edib
Bakının iki mərkəzi hissəsinə avtomobillərin girişi qadağan edilir
Şəmkirdə 24 yaşlı gənc olub: Üstünə beton plitənin düşüb
Azərbaycan UEFA reytinqində 28-ci pillədədir
Böyük Britaniya-Rusiya iqtisadi əlaqələri sıfra enib
Azərbaycan nefti 75,32 dollara satılır
İdmançılarımız Gimnaziadada mübarizəyə başlayırlar