logo

Qurban Qurbanov İrlandiya millisinin baş məşqçisi postuna namizəddir

16:13 11-07-2024 | icon 805
Qurban Qurbanov İrlandiya millisinin baş məşqçisi postuna namizəddir

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İrlandiya millisinin sükanı arxasına keçməyə namizədlərdən biri olub.

YeniAvropa xarici mətbuata istinadən xəbər verir ki, İrlandiya Futbol Assosiasiyası baş məşqçi vəzifəsi üçün bir neçə mütəxəssislə maraqlanıb.

Qustavo Poyet, Roy Kin və Heymur Hadlqrimsson kimi məşqçilərin olduğu siyahıda Ağdam klubunun 52 yaşlı çalışdırıcısı da yer alıb.

Qeyd edək ki, İrlandiya Futbol Assosiasiyası sonda H.Hadlqrimssonla müqavilə imzalayıb.