logo

İlham Əliyev Pakistana rəsmi səfərə gedib

14:44 11-07-2024 | icon 903
İlham Əliyev Pakistana rəsmi səfərə gedib

Prezident İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan prezidentinin təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb.

Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.

Sonra Azərbaycan prezidenti və Pakistanın baş naziri görüşüblər.