logo

Ukrayna ilə bağlı 700 nəfərlik NATO komndanlığı yaradılır

09:57 11-07-2024 | icon 875
Ukrayna ilə bağlı 700 nəfərlik NATO komndanlığı yaradılır

NATO sammitinin 3 əsas mövzusu müdafiə və çəkindirmə, Asiya və Sakit okeanı ölkələri ilə əməkdaşlıq və Ukrayna məsələsidir.

YeniAvropa xəbər verir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən NATO sammiti zamanı deyib.

O bildirib ki, bunların içərisində ən əsas məsələ Ukrayna ilə bağlı görüləcək işlər və veriləcək qərarlardır. O, NATO liderlərinin bu həftə Ukraynaya vacib yardım paketini təsdiqləyəcəklərinə ümid etdiyini deyib. Bildirib ki bu paketə həm də Ukraynaya təlim və təhlükəsizlik yardımının çatdırılmasının asanlaşdırılması üçün Almaniyanın Visbaden şəhərində NATO komandanlığının yaradılması da daxildir. “700 heyətdən ibarət olacaq NATO komandanlığı ABŞ-ın indiyə kimi həyata keçirdiyi təhlükəsizlik yardımı və təlimlərin koordinasiyası ilə bağlı rəhbərlik missiyasını öz üzərinə götürəcək. Komandanlıqla yanaşı NATO-nun şərq bölgələrində logistika qovşaqları olacaq”, - deyə Y.Stoltenberq qeyd edib.