logo

"EURO-2024" : Bu gün sonuncu finalçı bəlli olacaq

09:19 10-07-2024 | icon 1274
"EURO-2024" : Bu gün sonuncu finalçı bəlli olacaq

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün yarımfinal mərhələsinə yekun vurulacaq.

YeniAvropa xəbər verir ki,  finala sonuncu vəsiqə uğrunda Niderland və İngiltərə yığmaları üz-üzə gələcəklər. Dortmund şəhərində yerləşən "Siqnal İduna Park" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edəcək.

Qeyd edək ki, turnirin ilk finalçısı Fransanı 2:1 hesabı ilə məğlub edən İspaniya seçməsi olub.