logo

“Paris-2024” Olimpiadasında uçan taksilərdən istifadə ediləcək

17:47 09-07-2024 | icon 1442
“Paris-2024” Olimpiadasında uçan taksilərdən istifadə ediləcək

“Paris-2024” Yay Olimpiya Oyunları zamanı uçan taksilərdən istifadə ediləcək. Bunun üçün Sena çayında üzən platformanın yaradılmasına icazə verilib.

YeniAvropa xəbər verir ki, iki nəfərlik olan taksilər 35 kilometr məsafə qət edəcək və 100 avrodan baha başa gələcək.

Qeyd edək ki, Paris aeroportu (ADP) ilə əməkdaşlıq edən Almaniyanın “Volocopter” müəssisəsinin “Volocity” şirkəti uçan taksilərin Olimpiya Oyunları zamanı sınaq üçün hazır olduğunu hesab edir. Taksilər yalnız 2026-2027-ci illərdə 3 və ya 4 sərnişin daşıya biləcək.

Oyunlar zamanı uçan taksilərdən 3 istiqamətdə istifadə ediləcək. Parisin Şarl-de-Qol hava limanı ilə Le-Burje aeroportunu (10 kilometr) birləşdirəcək. İkinci marşrut İssi-Le-Mulino ilə Versal yaxınlığındakı Sen-Sir-l’Ekol hava limanını (15 kilometr), üçüncü marşrut isə Paris-İssi vertolyot limanı ilə Austerlitz və Sena çayı sahilindəki Bersi vertolyot platformasını (11,5 kilometr) birləşdirəcək. Həmçinin uçan taksilərdən turist reysləri üçün də istifadə ediləcəyi bildirilir.

Uçan taksilərin sürəti maksimum saatda 110 kilometr olacaq. Bu məsafədən sonra taksinin 9 batareyasını yenidən doldurmaq üçün dəyişmək lazımdır. Belə taksilər saatda 2 və ya 3 uçuş reallaşdıra biləcək. Uçan taksilərdə gediş hər kilometrə görə 3-4 avro olacaq. Havada 35 kilometr uçuş 105-140 avroya başa gələcək.