logo

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib

15:55 09-07-2024 | icon 966
Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib

VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

YeniAvropa xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, məsələni təqdim edən MSK katibi Arifə Muxtarova bildirib ki, prezident İlham Əliyevin iyulun 8-də imzaladığı sərəncamla Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.