logo

Rusiyanın bombardmanı nəticəsində 38 ölü, 190 yaralımız var-Zelenski

13:13 09-07-2024 | icon 1316
Rusiyanın bombardmanı nəticəsində 38 ölü, 190 yaralımız var-Zelenski

Ukraynanın dünən kütləvi raket hücumlarına məruz qalması nəticəsində hazırda dördü uşaq olmaqla 38 nəfərin öldüyü məlumdur.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat paylaşıb. 

Prezident bildirib ki, zərbələr nəticəsində 190 nəfər xəsarət alıb. Hazırda Kiyevdə 64, Krivoy-Roqda 28, Dneprdə 6 nəfər xəstəxanada müalicə olunur.

Uşaq xəstəxanasında olan bütün xəstələr başqa tibb müəssisələrinə köçürülüb. Düşmən raketlərinin vurduğu bəzi bölgələrdə xilasetmə əməliyyatları gecə boyu dayanmadan davam etdirilib.

Zelenski əlavə edib: “Şəhərlərimizin və icmalarımızın mühafizəsini artırmaq üçün işimizi davam etdiririk... Həll yolları olacaq. Bunun üçün dünyanın lazımi gücü var. Bizi dəstəkləyən və yeni birgə addımlar hazırlayan bütün liderlərə təşəkkür edirik”.

Dünən, iyulun 8-də Rusiya ordusu Ukrayna ərazisinə növbəti genişmiqyaslı hücum həyata keçirib. Əvvəlcə Krivoy-Roq və Kropivnitski rayonu raket hücumlarına məruz qalıb. Daha sonra Kiyev və ətrafında partlayış səsləri eşidilib. Ümumilikdə, Rusiya ordusu müxtəlif tipli 38 raketdən istifadə edib.