logo

"COP29" ərəfəsində paytaxtda məktəblər bağlanacaq?

12:32 09-07-2024 | icon 1022
"COP29" ərəfəsində paytaxtda məktəblər bağlanacaq?

"COP29" keçiriləcəyi müddətdə şəhərdə məktəblərin bağlanması ilə bağlı hər hansı qərar yoxdur.

YeniAvropa xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov iyulun 9-da keçirilən brifinqdə deyib.

O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı olarsa, bu barədə çox öncədən məlumat veriləcək: “Vətəndaşları da anlayıram. Lakin hazırda biz sentyabrın 15-də məktəblərin açılmasına hazırlaşırıq. Hər hansısa yenilik olsa, vətəndaşlar bu barədə məlumatlandırılacaq”.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu  Konfransı(COP29) bu il noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.