Rəşad Sadıqov “Şerif”lə ilk oyuna xüsusi hazırlaşdıqlarını deyir
UEFA Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Zirə” Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq.
YeniAvropa xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov səfər oyunu öncəsi KİV-ə müsahibə verib.Həmin müsahibəni təqdim edirik:
- "Şerif"lə səfər oyununa komandanızın hazırlığı necə keçdi?
- Komandanın hazırlıq prosesi normal keçib. Avropa Liqasının oyunlarına erkən - birinci mərhələdən başlayırıq. Bu da müəyyən dərəcə çətinlik yaradır. İmkan daxilində çalışırıq ki, oyuna tam hazır olaq. Təbii olaraq, idman formasını tam yığa bilməmişik, lakin var gücümüzlə çalışacağıq ki, rəqibə layiqli müqavimət göstərək.
- “Zirə”nin heyətinə yeni futbolçular cəlb edilib və gedənlər də olub. Qısa zamanda yeni komandanın formalaşması prosesi sizi qane edirmi?
- Yeni futbolçuların komandaya uyğunlaşması ilə bağlı hər hansı sıxıntımız yoxdur. Çünki transferlərimizin çoxu daxili çempionatda oynayan futbolçulardır. Ona görə də çempionatımıza, komandamıza yaxşı bələddirlər. Bu baxımdan ciddi sıxıntımız yoxdur. Anje Mutsinzi də sıralarmıza yeni qoşulub. O da sanki özünü neçə ildir “Zirə” komandasında oynadığı kimi hiss edir. Bu amil də yaxşı tərəfdən bizi sevindirir. Təbii ki, futbolçuların oyun planında komandaya tam uyğunlaşması ilə bağlı vaxta ehtiyac olacaq. Ancaq ümid edirəm ki, futbolçular adaptasiya dövrünü qısa zamanda keçə biləcəklər.
- “Şerif”lə oyunöncəsi komandada əhvali-ruhiyyə necədir?
- Komandanın düşərgəsində əhvali-ruhiyyə yüksəkdir. Futbolçular böyük həvəslə oyuna hazırlaşırlar. Hiss edirəm ki, səbirsizliklə oyunu gözləyirlər. Ən vacibi, soyuqqanlı qalıb, məşqlərdə, oyunlarda, çempionatda etdiklərimizi iyulun 11-də “Şerif”lə ilk səfər oyununda göstərməkdir. Mən futbolçularıma inanıram.
- İlk oyundan gözləntilərinizi bilmək istərdik...
- İlk oyun hər iki komanda üçün müəyyən problem yarada bilər. Çünki bir-birimizə yaxşı bələd deyilik. Xüsusilə də “Şerif”lə müqayisədə biz rəqibi tanımaq baxımından daha çox problem yaşayırıq. Moldova klubunun heyətində yeni transferlər, dəyişikliklər var. O üzdən də birinci oyuna xüsusi hazırlaşmışıq. Komanda meydanda rəqibə, onun oyun üslubuna tez bir zamanda uyğunlaşmalıdır. Gözləntim odur ki, Bakıya yaxşı nəticə ilə dönək./AZƏRTAC
Məzahir Pənahov Özbəkistanda parlament seçkilərini izləyəcək
Sabah Bakıda yağış yağacaq, 15° isti olacaq
Nazir və komitə sədrlərinin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Bakıda TDT Sənaye, Elm, Texnologiya və İnnovasiyalar nazirlərinin toplantısı keçiriləcək
İranın hava məkanının bağlanması səbəbindən bəzi təyyarələr Bakıya enib
Sumqayıtda bir gün su olmayacaq
"COP29"a hazırlıq:Bu gecə paytaxtda bəzi yollar bağlanacaq
MSK-nın istənilən nəticəsini qəbul edəcəyik-Gürcüstanın baş naziri
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı piyadalara müraciət edib
“Qaradağ” GES-də iindiyədək 459 milyon kVt elektrik enerjisi istehsal olunub
12 ölkədən olan səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb
Azərbaycan nefti 76,63 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
İsrail İranın hərbi obyektlərinə zərbələr endirib
Gürcüstanda parlament seçkiləri keçirilir
Sabah ölkə ərazisində leysan, dolu və qar yağacaq
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Nərimanov rayon Prokurorluğunda “Açıq qapı günü” təşkil edilib
Azərbaycan Dünya Bankı ilə "COP29"da görüləcək işləri müzakirə edib
Bakının iki mərkəzi hissəsinə avtomobillərin girişi qadağan edilir
Şəmkirdə 24 yaşlı gənc olub: Üstünə beton plitənin düşüb
Azərbaycan UEFA reytinqində 28-ci pillədədir
Böyük Britaniya-Rusiya iqtisadi əlaqələri sıfra enib
Azərbaycan nefti 75,32 dollara satılır
İdmançılarımız Gimnaziadada mübarizəyə başlayırlar