logo

UEFA Çempionlar Liqası: Bu gün “Qarabağ”ın potensial rəqibləri qarşılaşır

11:33 09-07-2024 | icon 1463
UEFA Çempionlar Liqası: Bu gün “Qarabağ”ın potensial rəqibləri qarşılaşır

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunlarına start veriləcək.

YeniAvropa xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın II raunddakı potensial rəqibləri də meydana çıxacaqlar.

Malta çempionu “Hamrun” doğma meydanda Cəbəllütariqin “Linkoln” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Komandalar arasında cavab qarşılaşması iyulun 16-da reallaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq.