logo

Adil Əliyev Suraxanı RİH-də kollektivə təqdim olunub

10:30 09-07-2024 | icon 2009
Adil Əliyev Suraxanı RİH-də kollektivə təqdim olunub

Prezidentin sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Adil Abış oğlu Əliyev iyulun 9-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

YeniAvropa xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

A.Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.