logo

Ceyhun Bayramov NATO Zirvə Görüşündə iştirak etmək üçün ABŞ-a gedib

09:29 09-07-2024 | icon 1260
Ceyhun Bayramov NATO Zirvə Görüşündə iştirak etmək üçün ABŞ-a gedib

İyulun 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Nazirliyin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.