logo

Faktiki hava: Bəzi yerlərdə qısamüddətli yağış yağıb

09:09 09-07-2024 | icon 847
Faktiki hava: Bəzi yerlərdə qısamüddətli yağış yağıb

İyulun 9-u saat 9:00-a olan məlumata görə, hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Düşən yağıntının miqdarı Göyçay, Şahdağ, Neftçala, Şəkidə 1 mm-dək olub.

Şərq küləyi iyulun 8-də sarı xəbərdarlığa uyğun olaraq Gəncədə 18 m/s, Culfa, Şahbuzda 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.