logo

Sabah Bakıda 39° isti olacaq

13:13 05-07-2024 | icon 1365
Sabah Bakıda 39° isti olacaq

Azərbaycanda iyulun 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 34-39° isti olacağı ehtimalı var. Atmosfer təzyiqi 755 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, eləcə də şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Gecə 21-26°, gündüz 35-39° isti, dağlarda gecə 8-13°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.