logo

Daha bir bələdiyyə sədrinə qarşı cinayət işi açılıb

12:32 05-07-2024 | icon 840
Daha bir bələdiyyə sədrinə qarşı cinayət işi açılıb

Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sabiq sədri Zöhrab Məmmədovun qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğunda başlanılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, aparılan istintaq nəticəsində Zöhrab Məmmədovun rayonunun Böyük Qışlaq bələdiyyəsinin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək saxtakarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.

O, Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.