logo

EURO-2024: Bu gün 1/4 final mərhələsinə start veriləcək

11:11 05-07-2024 | icon 1589
EURO-2024: Bu gün 1/4 final mərhələsinə start veriləcək

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

YeniAvropa xəbər verir ki, günün ilk qarşılaşması İspaniya və Almaniya yığmaları arasında olacaq. Ştutqart şəhərində yerləşən “MHP Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Digər matçda Portuqaliya və Fransa komandaları münasibətlərini aydınlaşdıracaqlar. Hamburqun “Folksparkştadion” arenasında reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.