logo

Lənkəranın bir sıra kəndlərində növbəli şəkildə işıq olmayacaq

10:30 04-07-2024 | icon 1239
Lənkəranın bir sıra kəndlərində növbəli şəkildə işıq olmayacaq

Lənkəran rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində növbəli şəkildə məhdudiyyət yaranacaq.

“Azərişıq” ASC-dən YeniAvropa-ya bildirilib ki, Lənkəran rayon elektrik şəbəkəsinə daxil olan bir sıra ərazilərdə elektrik hava xətləri ağac budanması ilə əlaqədar sifarişə əsasən açılacaq. Buna görə də rayonun Şirin Quyu, Ürgə, Səpnəkəran, Şıxakəran, Separadi, Parakənd, Girdəni, Havzova, Ləj kəndlərində iyulun 4-15-də elektrik enerjisinin verilişində növbəli şəkildə məhdudiyyət yaranacaq.

Qeyd olunub ki, ağac budanması işləri yekunlaşdıqdan sonra kəndlər elektrik enerjisi ilə tam təmin olunacaq.