logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

10:50 04-07-2024 | icon 1253
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 29 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 41,o cümlədən borclu şəxs qismində axtarılan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.