logo

EURO-2024: Bu gün 1/4 finalın daha 2 iştirakçısı bəlli olacaq

09:49 01-07-2024 | icon 2723
EURO-2024: Bu gün 1/4 finalın daha 2 iştirakçısı bəlli olacaq

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

YeniAvropa xəbər verir ki, günün ilk qarşılaşması Fransa və Belçika yığmaları arasında olacaq. Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Günün ikinci matçında Portuqaliya Sloveniyanı sınağa çəkəcək. “Frankfurt Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl İsveçrə, Almaniya, İngiltərə və İspaniya yığma komandaları 1/4 finala vəsiqə qazanıblar. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.