logo

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

16:36 30-06-2024 | icon 1162
“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İyunun 30-da EGP arenada dizaynerlərin möhtəşəm görüşü - “Azərbaycan Dizayn Sammiti 2024” keçirilib.

YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən sammit qlobal miqyasda innovasiyaları və mədəni mübadilələri təşviq etmək öhdəliyi daşıyır.

Beynəlxalq səviyyədə tanınan sammit 50 ölkədən sahə üzrə mütəxəssislərin diqqətini cəlb edib. 14 fərqli kateqoriya üzrə (brendinq, interyer dizayn, eksteryer, loqo dizaynı və s.) 230-dan çox layihəni özündə əks etdirən rəqabətli müsabiqənin qalibləri tədbir zamanı öz işlərini nümayiş etdirə biləcəklər. Qaliblər sayt üzərindən həyata keçiriləcək səsvermə ilə müəyyənləşəcək. Münsiflər heyəti həm Azərbaycan, həm də xaricdən seçilən tanınmış dizaynerlərdən ibarətdir.