Azərbaycan-Xorvatiya əlaqələri müzakirə edilib
İyunun 27-29-da Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada keçirilən Dubrovnik Forumunda iştirak etmək məqsədilə, bu ölkədə işgüzar səfərdə olub.
Azərbaycan XİN-dən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Forumun “Liderlər Paneli. Nöqtələrin birləşdirilməsi: Etibarlı Təchizat Zəncirləri və Dəniz Təhlükəsizliyi” panelində çıxış edib. Elnur Məmmədov çıxışında ölkəmizin son 30 ildə həyata keçirdiyi irimiqyaslı enerji layihələri, tranzit imkanlarının inkişaf etdirilməsi barədə danışıb.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladan nazir müavini, Azərbaycan tərəfinin xarici tərəfdaşlarla bərpaolunan enerji sahəsinin inkişafı və ötürülməsi istiqamətində əməkdaşlığı, o cümlədən “Qara dəniz sualtı kabeli” layihəsi barədə məlumat verib.
Səfər zamanı, həmçinin bir sıra ikitərəfli görüşlər keçirilib. Xorvatiyanın xarici və Avropa işləri nazirinin müavini Frano Matuşiçlə keçirilmiş görüşdə Azərbaycan və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər, o cümlədən iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, mədəniyyət, humanitar, minatəmizləmə və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.
Nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq barədə qarşı tərəfi məlumatlandırıb.
Bununla yanaşı Elnur Məmmədovun, Xorvatiyanın Daxili İşlər Nazirliyinin Mülki Müdafiə İdarəsinin rəhbəri Damir Trutla da görüşü keçilib. Görüşdə, Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahədə, xüsusilə də ölkəmiz üçün prioritet olan humanitar minatəmizləmə sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, bu istiqamətdə gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Minatəmizləmə sahəsində ixtisaslaşmış Xorvatiya şirkətləri ilə ANAMA arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Nazir müavini həmçinin Xorvatiyanın dövlət televiziyası HRT1-ə müsahibə verib.
Məzahir Pənahov Özbəkistanda parlament seçkilərini izləyəcək
Sabah Bakıda yağış yağacaq, 15° isti olacaq
Nazir və komitə sədrlərinin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Bakıda TDT Sənaye, Elm, Texnologiya və İnnovasiyalar nazirlərinin toplantısı keçiriləcək
İranın hava məkanının bağlanması səbəbindən bəzi təyyarələr Bakıya enib
Sumqayıtda bir gün su olmayacaq
"COP29"a hazırlıq:Bu gecə paytaxtda bəzi yollar bağlanacaq
MSK-nın istənilən nəticəsini qəbul edəcəyik-Gürcüstanın baş naziri
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı piyadalara müraciət edib
“Qaradağ” GES-də iindiyədək 459 milyon kVt elektrik enerjisi istehsal olunub
12 ölkədən olan səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb
Azərbaycan nefti 76,63 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
İsrail İranın hərbi obyektlərinə zərbələr endirib
Gürcüstanda parlament seçkiləri keçirilir
Sabah ölkə ərazisində leysan, dolu və qar yağacaq
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Nərimanov rayon Prokurorluğunda “Açıq qapı günü” təşkil edilib
Azərbaycan Dünya Bankı ilə "COP29"da görüləcək işləri müzakirə edib
Bakının iki mərkəzi hissəsinə avtomobillərin girişi qadağan edilir
Şəmkirdə 24 yaşlı gənc olub: Üstünə beton plitənin düşüb
Azərbaycan UEFA reytinqində 28-ci pillədədir
Böyük Britaniya-Rusiya iqtisadi əlaqələri sıfra enib
Azərbaycan nefti 75,32 dollara satılır
İdmançılarımız Gimnaziadada mübarizəyə başlayırlar