logo

EURO-2024: Bu gün daha 2 komanda 1/4 finala vəsiqə qazanacaq

11:44 30-06-2024 | icon 2240
EURO-2024: Bu gün daha 2 komanda 1/4 finala vəsiqə qazanacaq

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki oyunu baş tutacaq.

YeniAvropa xəbər verir ki, əvvəlcə meydana İngiltərə və Slovakiya yığmaları çıxacaq. Gelzenkirxen şəhərindəki "Feltins Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Günün ikinci matçında İspaniya Gürcüstanı sınağa çəkəcək. Kölnün “Reyn Enerqi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl İsveçrə və Almaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.