logo

İmişlidə silah-sursat tapılıb

10:20 30-06-2024 | icon 819
İmişlidə silah-sursat tapılıb

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundanYeniAvropa-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 2 ədəd “AK-74” markalı avtomat, “Karabin”, “F-1” əl qumbarası və 167 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 21 ədəd ov tüfəngini könüllü polisə təhvil verib.