Milli Məclisdə Azərbaycan-Ukrayna münasibətləri müzakirə olunub
İyunun 27-də Milli Məclisin sədri Sahibə Qafarova Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Yuriy Husyevlə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, səfiri Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən Milli Məclisin sədri onu bu vəzifəyə təyin edilməsinə görə təbrik edib, diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti, ölkələrimizin müstəqilliklərini bərpa etməsindən ötən dövrdə müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, mədəni, mənəvi bağların əhəmiyyətindən danışılıb. Söhbət zamanı dövlət başçılarımızın qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində görüşləri barədə danışılıb. Bildirilib ki, iki ölkə arasında mövcud olan dostluq münasibətləri bir çox sahələrdə müşahidə edilir.
Qeyd olunub ki, ölkələrimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirlər. Eyni zamanda, parlament səviyyəsində də bu əməkdaşlıq mövcuddur. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, keçirdikləri görüşlər, beynəlxalq təşkilatlarda əməkdaşlıqları mühüm əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, həm Azərbaycan, həm də Ukraynanın qanunverici orqanlarında qarşılıqlı parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir.
Görüşdə mədəniyyət və digər sahələrdə də əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, indiyədək Azərbaycan və Ukrayna arasında imzalanmış çoxsaylı sənədlərin əhəmiyyəti vurğulanıb.
Səfir Yuriy Husyev Ukraynaya göstərdiyi humanitar yardımlara görə Azərbaycana təşəkkürünü bildirib, iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasına (COP29) Ukraynanın fəal dəstək göstərməsindən məmnunluq ifadə olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.
Məzahir Pənahov Özbəkistanda parlament seçkilərini izləyəcək
Sabah Bakıda yağış yağacaq, 15° isti olacaq
Nazir və komitə sədrlərinin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Bakıda TDT Sənaye, Elm, Texnologiya və İnnovasiyalar nazirlərinin toplantısı keçiriləcək
İranın hava məkanının bağlanması səbəbindən bəzi təyyarələr Bakıya enib
Sumqayıtda bir gün su olmayacaq
"COP29"a hazırlıq:Bu gecə paytaxtda bəzi yollar bağlanacaq
MSK-nın istənilən nəticəsini qəbul edəcəyik-Gürcüstanın baş naziri
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı piyadalara müraciət edib
“Qaradağ” GES-də iindiyədək 459 milyon kVt elektrik enerjisi istehsal olunub
12 ölkədən olan səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb
Azərbaycan nefti 76,63 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
İsrail İranın hərbi obyektlərinə zərbələr endirib
Gürcüstanda parlament seçkiləri keçirilir
Sabah ölkə ərazisində leysan, dolu və qar yağacaq
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Nərimanov rayon Prokurorluğunda “Açıq qapı günü” təşkil edilib
Azərbaycan Dünya Bankı ilə "COP29"da görüləcək işləri müzakirə edib
Bakının iki mərkəzi hissəsinə avtomobillərin girişi qadağan edilir
Şəmkirdə 24 yaşlı gənc olub: Üstünə beton plitənin düşüb
Azərbaycan UEFA reytinqində 28-ci pillədədir
Böyük Britaniya-Rusiya iqtisadi əlaqələri sıfra enib
Azərbaycan nefti 75,32 dollara satılır
İdmançılarımız Gimnaziadada mübarizəyə başlayırlar