logo

TƏBİB-in rəhbəri pul tələb edən həkimlərə xəbərdarlıq etdi

17:47 27-06-2024 | icon 2114
TƏBİB-in rəhbəri pul tələb edən həkimlərə xəbərdarlıq etdi

“Tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə deyib.

“Müvafiq instansiyalarla birgə və eləcə də daxili nəzarət tədbirləri nəticəsində belə hallarla ciddi mübarizə aparılır və qəti tədbirlərimiz bundan sonra da davam etdiriləcək. Doğum evlərində, cərrahi əməliyyatlar və stasionar xidmət zamanı göstərilən tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır” - deyə TƏBİB-in İcraçı direktoru vurğulayıb.