logo

Azərbaycan-Gürcüstan münasibətlərində dövlət və hökumət başçıları mühüm rol oynayır

16:36 27-06-2024 | icon 1253
Azərbaycan-Gürcüstan münasibətlərində dövlət və hökumət başçıları mühüm rol oynayır

Azərbaycan ilə Gürcüstan arasındakı ikitərəfli münasibətlərin inkişafında dövlət və hökumət başçıları mühüm rol oynayır.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi görüşdən sonra təşkil edilən brifinqdə deyib.

"Bizim aramızda üçtərəfli - Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq platforması mövcuddur. Bir sıra mühüm qərarlar qəbul edilib və bəzi mövzularda razılıq əldə olunub. Ölkələrimiz arasında həyata keçirilən layihələr nəqliyyat, enerji təhlükəsizliyi baxımından çox vacibdir”, - deyə nazir bildirib.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin də yüksək səviyyədə olduğunu diqqətə çatdıran Ceyhun Bayramov əlavə edib: “Ticarət dövriyyəsi keçən il 900 milyon dollar olub ki, bu da 2022-ci illə müqayisədə 12 faizdən çoxdur. Azərbaycanın neft və qaz məhsulları Gürcüstan ərazisindən keçən boru kəmərləri vasitəsilə dünya bazarlarına çatdırılır. Bu layihələr regionumuzun inkişafına böyük töhfə verir. Yaşıl enerji dəhlizi layihəsi də əsrin əhəmiyyətli layihələrindən sayıla bilər”.